Xalid Bağırovun məhkəməsi təxirə salınıb

xalid-bagirovun-mehkemesi-texire-salinib
Oxunma sayı: 749


X.Bağırov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Nizami rayon məhkəməsində keçirilən iclas təxirə salınıb. Buna səbəb isə şikayətin Vəkillər Kollegiyasının Rəyasət Heyəti adından edilməsi olub: “Rəyatət Heyəti belə bir müraciət edə bilməz. Şikayət kollegiyanın adından verilməlidir. Buna görə də iclas təxirə salındı”.

Növbəti məhkəmə iclası yanvarın 21-nə təyin olunub.

Qeyd edək ki, Xalid Bağırov haqda qaldırılan bu iddiaya onun “Real” sədri İlqar Məmmədovun məhkəməsindəki çıxışı səbəb olub. Vəkilin çıxışı zamanı “belə dövlətdə belə məhkəmə olacaq”, “Azərbaycanda ədalətli məhkəmə olsaydı, belə qərəzli və ədalətsiz qərar çıxarılmazdı” ifadələri dövlətçiliyə hörmətsizlik kimi qiymətləndirilib. 

Murad Əhməd