“Xaliq Faiqoğlu”nun avtobuslarında kondisionerlər qoşulub

xaliq-faiqoglunun-avtobuslarinda-kondisionerler-qosulub
Oxunma sayı: 1767

Bu gündən “Xaliq Faiqoğlu” MMC-nin istismarında olan avtobuslarda sərnişinlərin rahatlığının təmin edilməsi məqsədi ilə kondisionerlərin qoşulmasına başlanılıb.

"Qafqazinfo" xəbər verir ki, şirkət rəhbərliyinin göstərişi ilə yay mövsümünün başlaması ilə əlaqədar avtobuslarda havasərinlədici qurğuların sazlığı yoxlanılıb və avtobuslarda mərkəzləşdirilmiş qaydada kondisionerlərin qoşulmasına qərar verilib.

“Xaliq Faiqoğlu” MMC tərəfindən sərnişinlərin məmnuniyyəti və rahatlığı üçün mütəmadi tədbirlər görülür.