Qeyd edək ki, Azərbaycanda məşhur insanlar nadir halda avtobus və metrodan istifadə edir və bu səbəbdən də Nuriyyə Əhmədova avtobusda sərnişinlərin diqqətini çəkib.
Xatırladaq ki, 65 yaşlı Nuriyə Əhmədova 2004-cü ildən prezident təqaüdçüsüdür. 2007-ci ildə isə “xalq artisti” adına layiq görülüb. Aktrisa ilk fəaliyyətinə “Musiqili Komediya Teatrı”da başlayıb. Bu günə qədər 85 filmdə rol alan aktrisanı “Bəxt üzüyü”, “Beş mərtəbəli binanın altıncı mərtəbəsi”, “Bəyin oğurlanması”, “Bala başa bəla”, “Kişi sözü”, “Həm ziyarət həm ticarət” kimi məşhur kinolarımızdan yaxşı tanıyırıq.
Son xəbərlər
Son Xəbərlər