“Şokdayıq. Başa düşə bilmirik ki, bu necə ola bilər? Kişi uçub getdi. Yaxşı ata, baba idi. Sevincindən ürəyi partlayıb. 45 il bir yerdə yaşamışıq. Ölümünü qəbullanmaq çox çətindir. Yaxşı insan olanda, adama lap təsir edir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ötən həftə qəfildən dünyasını dəyişən Xalq artisti Ağaxan Salmanlının xanımı deyib. O, “Elgizlə izlə” proqramına danışaraq həyat yoldaşının avtobusda həyatını itirdiyini qeyd edib:

Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. 15- 20 gün əvvəl yüngül infarkt keçirmişdi. Amma nəvəmin toyu günü hər şey yaxşı idi, sevinirdi. Öldüyü gün də səhər durdu, dedi-güldü. Qayıtdı ki, səhərə kimi yatmadım. Nəvəsinə yemək bişirdik, aparmaq üçün yola düşdü. 106 nömrəli avtobusda yanındakı qadına deyib ki, pisəm və pəncərədə söykənili halda qalıb. Elə bildim infarkt olub”.
Qeyd edək ki, A. Salmanlı nəvəsi Ləman Salmanovanın toyundan bir gün sonra vəfat edib.
Son xəbərlər
Son Xəbərlər