Roza Cəlilova dəfn olundu - Fotolar - Yenilənib

roza-celilova-defn-olundu
Oxunma sayı: 5149

Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzəpir məscidində vida mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, vida mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

***

Vida mərasiminin ardınca cənazə dəfn olunmaq üçün “Qurd qapısı” qəbiristanlığına aparılıb.

***

Xalq artisti Roza Cəlilova dəfn olunub.

Qeyd edək ki, 96 yaşlı sənətkar bu gün yaşadığı mənzildə vəfat edib.