Xalq artisti qızından imtina edib?

xalq-artisti-qizindan-imtina-edib
Oxunma sayı: 10867


Son günlər mətbuatda açıq-saçıq şəkilləri yayılan aktrisa Kəmalə Quliyeva özünü Xalq artisti Nurəddin Mehdixanlının qızı kimi qələmə verib.

Məsələyə sərt reaksiya nümayiş etdirən Nurəddin Mehdixanlı isə bildirib ki, onun belə bir qızı yoxdur: “Kəmalə Quliyevanın mənim qızım olması ilə bağlı məlumat tamamilə yalnışdır. Onunla heç bir qohumluq əlaqəm belə yoxdur”.

“AzerFax”ın əməkdaşı Kəmalə xanımla əlaqə saxlayıb. Aktrisanın cavabı isə qısa olub: “Bunu sübut etmək olduqca asandır. Onsuz da bilənlər bilir, özü də çox yaxşı bilirlər"