Xalq artisti toyuna 1 gün qalmış evdən qaçıbmış - Video

xalq-artisti-toyuna-1-gun-qalmis-evden-qacibmis
Oxunma sayı: 2966

Xalq artisti Gülyanaq Məmmədova 1992-ci ildə toyuna bir gün qalmış evdən qaçıb.

“Qafqazinfo” xəbərə verir ki, bunu o, “1 dəqiqə” verilişində etiraf edib.

Buna səbəb sənətçinin ailəsi tərəfindən sevmədiyi dayısı oğlu ilə ailə qurmağa məcbur edilməsi olub.

“Bu, o demək deyil ki, dayım oğlumu qoyub qaçmışam. 1991-ci ildən 1992-ci ilədək onunla nişanlı olmuşam. O, məni sevirdi, mən də onu dayım oğlu kimi sevirdim. Mən arzularımın ardınca qaçmışam”, - Məmmədova deyib.

Həmin günlərlə bağlı anasının müsahibəsini izləyən Xalq artisti göz yaşlarına hakim ola bilməyib.