“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, bu barədə xalq artistinin özü məlumat verib. O, bunun səbəbini belə izah edib: “Musiqili Teatr Fakültəsinə dəvət aldım. Amma qəbul etmədim. Səbəblər çoxdur, ümumi birləşdirəndə - stimul görmədim”.
Aktyor gələn həftədən “III Riçard”ın məşqlərinin başlandığını dedi: “Orada “Bekingem” rolu mənə verilib. Cənnət Səlimova hazırlayır. Fərli-başlı çəkiliş təklifim yox. Bir az darıxıram. lakin dözürəm. Həmişə belə sakitlik olanda düşünürəm, yəqin, tale mənə sürpriz hazırlayır, çox vaxt belə də olur”.
Son xəbərlər
Son Xəbərlər