Xalq artisti Firəngiz Mütəllimovanın adından feysbuk sosial şəbəkəsində saxta hesab açılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış aktrisanın özü məlumat verib.
F. Mütəllimova instaqramda bildirib ki, pərəstişkarları açılan “fake” profillərə inanmasın: “Mən feysbukda yoxam. Kimlərsə mənim adımdan açıb sizi aldadır. Bilmənizi istədim”.

Bacısı Nərgiz Mütəllimova da sözügedən profili paylaşaraq xalq artistinin yalnız instaqramda şəxsi səhifəsinin olduğunu qeyd edib: “Dostlar, feysbukda bu saxta profili kim görsə zəhmət olmasa, şikayət etsin”.
Son xəbərlər
Son Xəbərlər