Xalq artistinin həbs olunmuş qardaşının işi araşdırılır

Xalq artistinin həbs olunmuş qardaşının işi araşdırılır
Oxunma sayı: 269

Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənninin qardaşı Kazım Kazımzadənin barəsində başlanmış cinayət işi Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsindən alınaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə verilib.

Xatırlatma üçün bildirək ki, bina tikintisi ilə məşğul olan K.Kazımzadəni bu ilin yanvarında Xətai Rayon Polis İdarəsi cinayət axtarış şöbəsinin əməkdaşları etibardan sui-istifadə edərək bir mənzili bir neçə nəfərə sataraq vətəndaşların pulunu mənimsəməkdə şübhəli bilərək məsuliyyətə cəlb edib.

Aldadılan mənzil sahibləri tərəfindən idarəyə daxil olan çoxsaylı şikayət ərizələri əsasında K.Kazımzadə barəsində hələ 2011-ci ildə cinayət məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində işi araşdıran müstəntiq Qasım Qasımzadə Milli.Az-a açıqlamasında bildiridi ki, cinayət işi üzrə istintaq hazırda davam etdirilir. Müstəntiq hazırda həbsdə olan K.Kazımzadənin əməlindən neçə nəfərin ziyan çəkməsi, istintaqın gedişi barədə məlumat vermədi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi