Xalq artistinin ölümü ilə bağlı - Nekroloq

xalq-artistinin-olumu-ile-bagli
Oxunma sayı: 3134

 

Mədəniyyət və Turizm Nazirliyi xalq artisti, prezident mükafatçısı İlham Təvəkkül oğlu Əsgərovun vəfatı ilə bağlı nekroloq yayıb.

“Qafqazinfo”nun məlumatına görə, nazirliyin yaydığı nekroloqda qeyd olunur ki, 1982-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən İlham Əsgərov ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlayıb. Tanınmış sənətçi doğma teatrın səhnəsində, kino və televiziya ekranlarında yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradıb.

Unudulmaz sənətkar, gözəl insan İ.Əsgərovun əziz xatirəsi bütün sənətsevərlərin qəlbində əbədi yaşayacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi aktyor İlham Əsgərovun vəfatı ilə əlaqədar başsağlığı verir.

Xatırladaq ki, İ.Əsgərov sentyabrın 6-da dünyasını dəyişib. Bir neçə il öncə onun beyninə qan sızmışdı.