Xalq artistinin qohumu Nazpərinin 30 min dollarını qaytarmır

Xalq artistinin qohumu Nazpərinin 30 min dollarını qaytarmır
Oxunma sayı: 5217

Xalq artisti Nazpəri Dostəliyeva Xalq artisti Alim Qasımovun qohumuna verdiyi borc pulu geri ala bilmir.

"Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, N.Dostəliyeva pulu Alim Qasımovun əmisi oğlu Yusifə verib. Müğənninin sözlərinə görə, illərdir bu məsələ öz həllini tapmır:

"Belə hadisədə Alim Qasımov kimi sənətkarın adının hallanmasını istəmirəm. Vicdanıma sığışdırmıram ki, Alim bəyin adı bu işdə hallansın. 10 ildən artıqdır pulu qaytarmır. Oturub gözləyirəm, görüm nə olacaq. Məhkəmə də oldu, amma yarımçıq qaldı, davamını gətirmədim. Pulu Yusifə rəsmi formada, notariusdan çıxmış müqavilə ilə vermişdim. Müqavilə indi də əlimdədir. Haqsızlığı gördüm, məsələni bağlayıb qoydum kənara. Bu günə qədər bu barədə danışmamışam. Hələ də gözləyirəm ki, onlardan cavab çıxa".

Müğənni verdiyi borcun məbləğini də açıqlayıb: "Yusif məndən 30 min dollar alıb. Nəsə bizneslə əlaqədar iş görürdülər. Gəldi xahiş etdi, mən də verdim. İllərdir bir qəpik də qaytarmır".