Xalq artisti, prezidentin fəxri mükafatçısı, “Qızıl dərviş” və “Zirvə” mükafatlarının laureatı Kamilla Hüseynova sonuncu dəfə səhnəyə çıxacaq.
"Qafqazinfo" xəbər verir ki, K. Hüseynova mayın 11-də N.Rimski-Korsakovun “Şəhrizad” baletinin tamaşasında Zübeydə rolunu ifa edəcək.
Xatırladaq ki, xalq artisti artıq estafeti öz gənc həmkarlarına verməyə, səhnə ilə vidalaşmağa hazırlaşsa da, teatrdan uzaqlaşmayacaq. O hazırda Opera və Balet Teatrın balet truppasının, eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışır.


Son xəbərlər
Son Xəbərlər