Xalq artistinin xanımı koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirildi

xalq-artistinin-xanimi-koronavirus-diaqnozu-ile-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2265

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, dünya şöhrətli opera müğənnisi Anna Netrebko koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində yazıb. Daha əvvəl Covid-19 testi neqativ çıxsa da, özünü təcrid edən Netrebko xəstəxanaya yerləşdirilib.

“Mən artıq 5 gündür kovid pnevmoniyası diaqnozu ilə xəstəxanadayam və tezliklə sağalacam. Xəstəxanaya vaxtında gəlmişəm və mənə kömək göstərilir. Hər şey yaxşı olacaq!”, - deyə müğənni yazıb.

Onun sözlərinə görə, həyat yoldaşı Yusif Eyvazovun antikorları var:

“Necə olubsa, o bu xəstəliyi keçirib və hazırda ətrafdakılar üçün tamamilə təhlükəsizdir”.

Anna Netrebko koronavirusun heç də təsvir edildiyi kimi dəhşətli olmadığını da bildirib.