Xalq artistinin xatirə gecəsindən - Fotolar

xalq-artistinin-xatire-gecesinden
Oxunma sayı: 1750

Bu gün Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, dövlət mükafatı laureatı, xalq artisti Nəsibə xanım Zeynalovanın anadan olmasının 100 illiyi tamam olur.

"Qafqazinfo"nun məlumatına görə, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycanın prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixli sərəncam imzalayıb.

Aprelin 19-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın korifey sənətkarı, xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı ilk tədbir keçirilib.

Tədbiri açan aparıcı Kamran İsrafilov xalqın sevimlisinə çevrilmiş aktrisanın oynadığı rolların zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durduğunu vurğulayıb.

Sonda əməkdar artist Nailə Mirməmmədlinin müşaiyəti ilə müğənnilər Günay Hüseynova və Aygün Abbaszadə “Qaynana” filmindən “Biz mehriban ailəyik” mahnısı ilə tədbirə xüsusi rəng qatıblar.