Səməd Vurğun adına Rus Dövlət Dram teatrında Qarabağda hərbi əməliyyatlarla əlaqədar kollektivin iştirakı ilə yığıncaq keçirilib.
Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatına görə, tədbiri giriş sözü ilə açan teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski deyib:
"Mən 50 ildir ki, səhnəyə çıxıram, amma həyatımda bugünkü kimi həyəcan keçirməmişəm. Bu həyəcan, belə qürurlu olmağımın səbəbi bizim bir millət kimi özümüzü müdafiə etməyimizlə bağlıdır. Xalqımız uzun illərdir ki, dünyadan ədalət xahiş edir, ancaq, əfsus ki, bizi dinləmirlər. Üstəlik, bəzi xarici, pulla alınmış KİV-lər bizi bədnam kimi təqdim etməyə çalışırlar. Dünyanı silkələyən bu üç gün qarşımızda yeni perspektiv açır”.
Xalq artisti onu da əlavə edib ki, tezliklə teatr əsgərlərimizin yanına getmək üçün cəbhə briqadası yaradacaq.
Tədbirdə həmçinin Azərbaycanın xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuri Baliyev, Fuad Poladov, əməkdar artistlər Yevgeni Nevmerjiskaya, Natalya Şarovskaya, Rita Əmirbəyova, aktyorlardan Teymur Rəhimov, Rüfət Nəzərov və başqaları da çıxış ediblər.
Yığıncaq teatrın direktoru Ədalət Hacıyevin çıxışı ilə başa çatıb.







Son xəbərlər
Son Xəbərlər