Lotereyanın uduşu iyul ayının 18-də keçiriləcək. Aksiyada hədiyyələr qazanmaq üçün istifadəçilər www.xalqbank.az saytında qeydiyyatdan keçir, xidmət haqlarını onlayn-ödənişlər səhifəsində ödəyərək bonuslar toplayır və bu bonusların sayından asılı olaraq lotereyada iştirak edəcək müvafiq sayda elektron bilet əldə edirlər. Bir elektron bilet istifadəçinin balansında toplanmış 1000 bonusun qarşılığında əldə olunur. 1000 bonusun toplanması üçün Xalq Bank plastik kartları ilə 5 manat, digər bankların kartları ilə 10 manat dəyərində ödəniş aparılmalıdır (www.xalqbank.az portalında Xalq Bank plastik kartları ilə ödəniş etmək 2 qat bonus qazandırır). Hər elektron bilet iştirakçıya hədiyyə qazanmaq üçün bir şans verir. Lotereyada 15 iyul 2015-ci il, saat 00:00-dək əldə olunmuş biletlər iştirak edəcək. Balansda olan bonuslar aprel ayının 12-dən başlayaraq 15 iyul 2015-ci il, saat 00:00-dək elektron bilətlərə dəyişdirilmədikdə istifadəçinin topladığı bonuslar ləğv olunur və balansı sıfırlanır. Uduşun nəticələri və qaliblər haqda məlumat www.xalqbank.az saytında və KİV-də yayımlanacaq.
Ətraflı məlumat almaq üçün Bankın internet səhifəsinə və ya 138 qısa nömrəsi ilə Məlumat mərkəzinə müraciət edə bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər