Xalq Bankın əməkhaqqı kart sahiblərinə yeni imkan

xalq-bankin-emekhaqqi-kart-sahiblerine-yeni-imkan
Oxunma sayı: 1128


Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, MƏVACİB+ kreditindən əməkhaqqını Xalq Bankın əməkhaqqı kartları ilə alan müştərilər faydalana bilərlər.

Kreditin şərtləri çox sərfəlidir. Belə ki, MƏVACİB+ kreditinin illik faiz dərəcəsi 18%, müddəti 12 ayadək, məbləği isə əməkhaqqının 4 mislinədək təşkil edir. Kredit Azərbaycan manatı ilə verilir. MƏVACİB+ krediti üzrə müştərilər üçün ayrılan kredit məbləği əməkhaqqı kartına köçürülür və kredit üzrə faizlər yalnız xərclənmiş məbləğə və müddətə hesablanır.

MƏVACİB+ kreditindən əlavə, Xalq Bank müştərilərə illik 8%-dən başlayan faiz dərəcəsi ilə biznes, istehlak, avtomobil, təhsil, sahibkarlıq, ipoteka və digər kreditləri təklif edir. Kreditlər bankın bütün filiallarında verilir.

Bankın məhsulları və xidmətləri haqqında ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 Məlumat Mərkəzindən əldə edə bilərsiniz.