Xalq rəssamı vəfat etdi

xalq-ressami-vefat-etdi
Oxunma sayı: 3306

Xalq rəssamı Mayis Ağabəyov iyunun 17-də 79 yaşında vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağabəyov 1941-ci il mayın 1-də Bakıda anadan olub. Xalq rəssamı əsasən kino və geyim rəssamlığı sahəsində tanınıb, dəzgah rəngkarlığı, qrafika sahəsində də orijinal əsərlər yaradıb. “Nizami”, “Nəsimi”, “Babək” və digər 20-dən çox Azərbaycan filminin quruluşçu rəssamı olub. O, 2000-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb.