“Qafqazinfo”nun məlumatına görə, universitet rəhbərliyinin dəvəti ilə gələn xalq yazıçısı Heydər Əliyev Mərkəzi Kitabxanasına baş çəkdikdən sonra Azərbaycan dili və ədəbiyyatı fakültəsinin müəllim və tələbələri ilə görüşüb. Daha sonra universitetin konfrans zalında keçirilən tədbirdə universitet kollektivinə Anar Rzayev və onun Azərbaycan ədəbiyyatında rolu və yaradıcılığı haqqında geniş məlumat verilib və yazıçıya Kafkas Universitetinin rektoru Sami Özcan tərəfindən fəxri professor diplomu təqdim edilib. Anar Rzayev çıxış edərək ona verilən dəyərə görə rektor Sami Özcana və universitet kollektivinə təşəkkürünü bildirib.
Qeyd edək ki, A. Rzayev Heydər Əliyevdən sonra Kafkas Universitetinin fəxri professoru adına layiq görülən ikinci azərbaycanlıdır.
Son xəbərlər
Son Xəbərlər