“Xalqlarımızın bir-birinin yanında olmalarından xoşbəxtəm” - Əfqanıstan prezidenti

xalqlarimizin-bir-birinin-yaninda-olmalarindan-xosbextem
Oxunma sayı: 1154

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan prezident İlham Əliyevə məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, məktubda aşağıdakılar qeyd edilib:

“Zati-aliləri. Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Azərbaycan müstəqillik əldə etdikdən sonra böyük və əhəmiyyətli inkişafa nail olub. Xalqlarımızın yaxın dost kimi bir-birinin yanında olmalarından xoşbəxtəm. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsini arzulayıram. İnanıram ki, Azərbaycan Sizin müdrik rəhbərliyinizlə daha da inkişaf edəcək. Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram”.