Xamenei səs verdi - Foto

xamenei-ses-verdi
Oxunma sayı: 1275

İranın Ali lideri Ayətullah Əli Xamenei bu gün keçirilən prezident seçkilərində səs verib.

“Qafqazinfo” xəbər verir ki, səs verdikdən sonra açıqlamalar verən Xamenei vətəndaşları seçkidə fəal iştiraka dəvət edib. O, bu günün ölkənin qarşıdakı illər üçün taleyini təyin etdiyini bildirib.

“İran xalqını dəfələrlə seçkilərdə iştirak etməyə dəvət etməyimin səbəbi ilk növbədə, özlərinə fayda gətirməsi və ikincisi, İran İslam Respublikasına böyük beynəlxalq üstünlüklər gətirməsidir”, - deyə Xamenei sözlərinə əlavə edib.

Qeyd edək ki, İranda prezident seçkiləri bu gün səhər saat 7-də başlayıb. Ölkədə 59 milyondan çox səs vətəndaş səsvermə hüququna sahibdir.

Dövlət başçısı postu uğrunda Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın katibi Möhsün Rezai, Ali Məhkəmənin sədri İbrahim Rəisi, parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və Mərkəzi Bankın sabiq rəhbəri Əbdünnasir Himməti mübarizə aparırlar.