Xameneinin bu kitab barədə fikirləri gündəm oldu

xameneinin-bu-kitab-barede-fikirleri-gundem-oldu
Oxunma sayı: 4181

İranın Ali Dini Rəhbəri Ayətullah Seyid Əli Xamenei 35-ci Tehran Beynəlxalq Kitab Sərgisində italiyalı yazıçı İqnazio Silonenin “Çörək və şərab” romanı ilə bağlı dedikləri sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

“Qafqazinfo” xəbər verir ki, italiyalı yazıçının kitabını əlində nümayiş etdirən dini lider onu oxuduğunu və haqqında məlumatlı olduğunu iddia edib.

Daha sonra kitabla bağlı insanlara izah verməyə başlayıb:

“Bu, yunanların türklər, Osmanlı türkləri barədə dedikləridir. Kitab yunanların türklər qarşısındakı məzlumluqlarını çox gözəl şəkildə təsvir edib”.

Qeyd edək ki, əsərin Xameneinin danışdığı mövzularla heç bir əlaqəsi yoxdur. Kitab faşizmin İtaliyada hakimiyyətə gəlməsindən və antifaşist hərəkatından bəhs edir.