Xameneyi azərbaycanlılarla görüşdü - - Fotolar

xameneyi-azerbaycanlilarla-gorusdu-
Oxunma sayı: 2287


 “Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, görüş 18 fevral Təbriz qiyamının ildönümünə həsr olunub. Ali dini liderlə görüşə minlərlə azərbaycanlının qatıldığı deyilir. Xameneyi ilk olaraq azərbaycanlıları salamlayıb: 

“Sizə təşəkkür etmək üçün söz tapmıram. Biz ilk olaraq Allaha minnətdar olmalıyıq, hər şey onun iradəsinə tabedir”. 

Xameneyi qeyd edib ki, builki 22 Bəhmən yürüşlərinin iki əsas mesajı var: xalqların birliyi və inqilab ideyaları üzərində müqavimət.

Daha sonra ali dini lider bildirib ki, bəziləri hələ də ABŞ-ı dünyada insanlığın dostu kimi göstərməyə çalışır: 

“Hələ də bəzi iranlılar düşünür ki, nüvə problemi sülh yolu ilə həll olunacaq. Lakin mən danışıqlardan heç bir nəticə gözləmirəm. Eyni zamanda, danışıqların aparılmasının əleyhinə də deyiləm”.