İranın Ali dini lideri Əli Xameneyi ölkənin hərbi qüvvələri tərəfindən səhvən vurulan Ukrayna təyyarəsinin qəzaya düşməsi ilə bağlı aparılan istintaqın nəticələrini yayımlamağa dair göstəriş verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İranın İRIB dövlət televiziya və radio şirkəti məlumat yayıb.
“Ali lider ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin faciəvi səhvləri barədə məlumatlandırıldıqdan sonra o, Milli Təhlükəsizlik Ali Şurasının təcili iclasını çağırdı. Hadisənin səbəblərini, istintaqın nəticələrinin dürüst və şəffaf şəkildə yayımlanmasını tapşırdı”, -deyə məlumatda bildirilir.
Xatırladaq ki, yanvarın 8-də Ukraynanın “Boeing 737” təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 82-si İran, 63-ü Kanada, 11-I Ukrayna, digərləri isə İsveç, Əfqanıstan, Almaniya və İngiltərə vətəndaşları olub.
Son xəbərlər
Son Xəbərlər