Xames Rodriqes "Real Madrid"dən ayrıldı

xames-rodriqes-real-madridden-ayrildi
Oxunma sayı: 1037

“Bavariya” “Real Madrid”in kolumbiyalı ulduzu Xames Rodriqesi icarəyə götürüb.

“Qafqazinfo” kluba istinadən xəbər verir ki, 25 yaşlı futbolçu satın alınma hüququ ilə birlikdə 2 illik icarəyə götürülüb.

Bu transfer üçün “Real Madrid”ə 10 milyon avro ödəniləcək. Əgər “Bavariya” 2 ildən sonra Xamesi heyətində saxlamaq istəyərsə daha 35 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, “Bavariya”nın hazırkı baş məşqçisi Karlo Ançelotti 2 il öncə “Real Madrid”ə rəhbərlik etdiyi zaman Xamesi 75 milyon avroya “Monako”dan transfer etmişdi.

Xames Rodriqes son sövsüm “Real Madrid”in heyətində çıxdığı 33 matçda 11 qol və 13 məhsuldar ötürmə ilə oynayıb.