Xamneyidən İrandakı aksiyalarla bağlı açıqlama

xamneyiden-irandaki-aksiyalarla-bagli-aciqlama
Oxunma sayı: 3769

İranın 3 əsas strukturunun (hökumət, məhkəmə və parlament) rəhbərlərinin benzinin bahalaşması ilə əlaqədar verdikləri qərar icra edilməlidir.

"Qafqazinfo" xəbər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamneyi deyib.

Ə.Xamneyinin sözlərinə görə, ötən 2 gün ərzində benzinin bahalaşmasına qarşı İranın bəzi şəhərlərində etirazlar baş verib, bir sıra problemlər yaranıb, bir neçə nəfər həlak olub və mərkəzlər dağılıb.

İranın dini lideri əlavə edib ki, bəzi vətəndaşlar bu qərardan narahat olurlar. Lakin bank yandırmaq düzgün iş deyil.

Ə.Xamneyi deyib ki, İranın rəsmiləri bu bahalaşmanın başqa məhsulların bahalaşmasına səbəb olmasının qarşısını almalıdırlar.

Qeyd edək ki, 15 noyabrda İranda benzinin qiyməti kvota ilə 10 min rialdan (təxminən 0,23 dollar) 15 min riala (təxminən 0,35 dollar), sərbəst şəkildə isə 30 min riala (təxminən 0,71 dollar) bahalaşıb.