“Xan Lənkəran”ın prezidenti Mənsimovla görüşdü - “Xəzər Lənkəran” qayıdır?

xan-lenkeranin-prezidenti-mensimovla-gorusdu
Oxunma sayı: 4941

Region Liqasında mübarizə aparan “Xan Lənkəran” klubunun adını “Xəzər Lənkəran” olaraq dəyişdiriləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

“Qafqazinfo”ya açıqlama verən “Xan Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Famil Məmmədov məsələyə aydınlıq gətirib.

Klub rəsmisi bunun yaxın vaxtlarda baş verməyəcəyini bildirib.

O, həmçinin klubun prezidenti Pərviz Hüseynovun fəaliyyətini dayandırmış “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimovla görüşdüyünü də sözlərinə əlavə edib: “Bildiyiniz kimi biz geridə qalan müddətdə oyunlarımızı “Xəzər Lənkəran”ın stadionunda keçirirdik və məşqlərimizi bazada edirdik. Amma son 2 matçımızı məcbur Lənkəran Olimpiya Kompleksində oynadıq. Müəyyən problemlər ortaya çıxmışdı. Klubumuzun prezidenti Pərviz Hüseynov bu gün “Palmali” Şirkətlər Qrupunun və “Xəzər Lənkəran”ın bazasının sahibi Mübariz Mənsimovla görüşüb.

M.Mənsimov “Xan Lənkəran”ın bu stadionda oynamasına razılıq verib. Bundan sonra oyunlarımızı həmin arenada keçirəcəyik. Ad məsələsinə gəlincə, bu gün üçün dəyişməyi düşünmürük. Amma gələcəkdə belə bir şey ola bilər. Mübariz Mənsimov da klubumuzun prezidenti ilə görüşdə “Xəzər Lənkəran” adı altında çıxış edə biləcəyimizi deyib. Gələcəkdə bu mümkün ola bilər”.  

Elsevər Məmmədov