“Xan sarayının da təmirə ehtiyacı var” - Prezident

xan-sarayinin-da-temire-ehtiyaci-var
Oxunma sayı: 2577

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə şəbəkə ustası ilə söhbət ediblər.

“Qafqazinfo” xəbər verir ki, söhbət zamanı prezident Şəki Xan Sarayı ilə bağlı vacib məqamlara toxunub.

Həmin söhbəti təqdim edirik:

Prezident İlham Əliyev: Salamaleykum.

Mehriban xanım Əliyeva: Salam.

Sənətkar: Cənab Prezident, bizim işlərdir. Bu, bizdə dörd nəsildir davam edir.

Prezident İlham Əliyev: Davam edir?

Sənətkar: İki oğlumla.

Prezident İlham Əliyev: Onlar da məşğuldurlar?

Sənətkar: Bəli, məşğuldurlar.

Prezident İlham Əliyev: Bu sənət yaşamalıdır.

Sənətkar: Burada məktəb də var, yəni, uşaqlar məşğul olurlar. İndi burada bu binalar bərpa olunur.

Prezident İlham Əliyev: Bəli, burada da tədris mərkəzi olacaq.

Sənətkar: Bura şəbəkə emalatxanası olub. Amma biz istəyirik geniş olsun.

Prezident İlham Əliyev: Bəli.

Digər kişi: Tofiq müəllim bizə söz vermişdi ki, ildə 10 şagird yetişdirəcək.

Prezident İlham Əliyev: Mütləq lazımdır. Çünki bu, nadir sənətimizdir.

Sənətkar: Deməli, burada hamısı belə xırda-xırda taxta və şüşə parçalarıdır. Yəni, burada yapışqan, mismar, heç nə yoxdur.

Prezident İlham Əliyev: Bəli, mən bilirəm, yoxdur. Bu, dünyada yeganədir, bundan dünyada yoxdur.

Sənətkar: Xan sarayını biz bərpa etmişik.

Mehriban xanım Əliyeva: Bunları da özünüz edirsiniz?

Sənətkar: Bəli, hamısını özümüz edirik. Amma Xan sarayında baxın, belə çox xırda hissələrdir, biz oranı bərpa edəndə pinsetlə işləmişik.

Prezident İlham Əliyev: Xan sarayının da təmirə ehtiyacı var. İndi onunla da məşğul olacağıq. Siz də cəlb olunacaqsınız.

Sənətkar: O vaxt Xan sarayında mərmər şüşələr olub, Venesiya şüşələri, bir millimetr. Bu irilər 3 millimetrdir.

Mehriban xanım Əliyeva: Bu şüşələr 3 millimetrlikdir.

Sənətkar: Qalın şüşələr, mərmər şüşələr budur.

Prezident İlham Əliyev: Budur, hə?

Birinci xanım: Daha incə.

Prezident İlham Əliyev: Çox yaxşı.

Sənətkar: Çox sağ olun, cənab Prezident.

Prezident İlham Əliyev: Siz sağ olun ki, bu sənəti yaşadırsınız. Biz də əlimizdən gələni edəcəyik ki, sizin üçün daha yaxşı şərait yaradaq.

Sənətkar: Siz sağ olun ki, sənətə qiymət verirsiniz.

Prezident İlham Əliyev: Təşəkkür edirəm, sağ olun.

Sonra dövlətimizin başçısı və birinci xanım şəkili sənətkarlarla görüşdülər.

Sənətkar: Xoş gəlmisiniz, səfa gətirmisiniz. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Salamaleykum. Xoş gördük. Sağ olun.

Mehriban xanım Əliyeva: Salam. Çox sağ olun gözəl musiqi üçün.

Sənətkar: Həmişə Allah yaxşı gündə eləsin hamınızı.

Prezident İlham Əliyev: Sağ olun, Allah cansağlığı versin.

Sənətkar: Allah Sizə cansağlığı versin, cümlənizə.

Mehriban xanım Əliyeva: Sağ olun.

Prezident İlham Əliyev: Sizə də, çox sağ olun.

Fuad Nağıyev: Bunlar da sənətkarlardır, Şəki sənətkarlarıdır.

Prezident İlham Əliyev: Salam.

Sənətkarlar: Salam, xoş gəlmisiniz. Necəsiniz?

Prezident İlham Əliyev: Bu da məşhur Şəki halvası.

Mehriban xanım Əliyeva: Şəki halvası.

Prezident İlham Əliyev: İşiniz necə gedir? Yaxşıdır?

Sənətkarlar: Yaxşıdır, şükür.

Prezident İlham Əliyev: Qonaqlar çox gəlir? İndi bunlar hamısı bərpa olunandan sonra daha çox gələcək.

Sənətkar: İnşallah, Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Mehriban xanım Əliyeva: Sağ olun.

Sənətkarlar: Sağ olun.