Xanbulana aparan yol niyə aylardır düzəldilmir? - Foto

xanbulana-aparan-yol-niye-aylardir-duzeldilmir
Oxunma sayı: 2198

Lənkəran rayonunda Xanbulan gölünə gedən yol acınacaqlı vəziyyətdədir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı və yararsız vəziyyətdə olan yolun fotosunu Cenublu.az yayıb. 

Fotodan görünür ki, ikitərəfli yolun bir hissəsi sürüşməyə məruz qalıb. Məlumatda o da bildirilir ki, yol 7 aydan çoxdur ki, eyni vəziyyətdə qalıb. Hər gün turist marşrutlarının keçdiyi və sakinlərin də tez-tez istifadə etdiyi yolda işıqlandırma olmadığından qəzalı şəraitlər yaranır. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında yoldakı vəziyyət haqda məlumatı təsdiqlədi: “Yayılan foto köhnədir. Hələ ki, həmin yol düzəlməyib. Lakin sürüşmənin genişlənməsinin qarşısını almaq üçün müəyyən qabaqlayıcı tədbirlər görülüb. Tam olaraq həmin hissələrin bərpası üçün, sürüşmənin genişlənməsinin qarşısını almaqdan ötrü layihə hazırlanıb. Orada müəyyən mühəndis qurğularının inşası ilə bağlı hazırlanan layihə təsdiqini tapan kimi icrası həyata keçiriləcək”.