“Qafqazinfo”ya daxil olan məlumata görə, Musayeva bildirib ki, festivalın açılış mərasimində təşkil edilən konsert proqramında çıxış edib və onu əməkdar artist Elşən Mansurov və Malik Mansurovun rəhbərlik etdiyi ansambl müşayiət edib:
“Artıq ikinci dəfədir keçirilən festivala dünyanın bir çox ölkələrindən məşhur musiqiçilər qatılmışdı. “Astana keştəri” bizim Qəbələ festivalına oxşayır. Biz festivala fəxri qonaq kimi dəvət olunmuşduq. Çıxışımız Qazaxsıtanın modern üslubda olan və gözəlliyi ilə tanınan Opera və Balet Teatrında oldu. Əvvəlcə mən, Elnur Zeynaolv və Məryəm Şabanova birlikdə “Bayatı-Şiraz” dəsgahını təqdim etdik. Sonra ayrı-ayrılıqda öz solo ifamızı səsləndirdik. Mən ifama “Şur” təsnifi ilə başladım, muğamla davam etdim və karifey sənətkarımız Rübabə Muradovanın reperturından olan “Heydərbabaya salam” mahnısını ifa etdim. Çıxışımız alqışlarla və rəğbətlə qarşılandı.”
Son xəbərlər
Son Xəbərlər