Xanım boksçumuz Polşada bürünc medal qazandı

xanim-bokscumuz-polsada-burunc-medal-qazandi
Oxunma sayı: 586

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin döyüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 1 idmançısı rinqə çıxıb.

66 kq çəkidə Şəhla Allahverdiyeva fransalı Fatia Benmessahellə üz-üzə gəlib. Həlledici döyüşə rəqib yüksəldiyindən təmsilçimiz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışın qalibləri mayın 26-da bəlli olacaq.

Həmçinin oxuyun: Запись на прием к известному российскому врачу доступна только 31 мая