Milli Məclisin komitələrinin tərkibində dəyişiklik ediləcək. "Qafqazinfo" xəbər verir ki, parlamentdən Modern.az-a verilən məlumata görə, Ailə, qadın və uşaq komitəsi ilə İnsan hüquqları komitəsinin tərkibində dəyişiklik baş verəcək.
Belə ki, Sona Əliyeva üzvü olduğu Ailə, qadın və uşaq komitəsindən çıxmaqla bağlı müraciət edib. Onun İnsan hüquqları komitəsinə üzv olmaq məsələsi mayın 17-də Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.
Son xəbərlər
Son Xəbərlər