Bu gün Sabunçu rayon məhkəməsində ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının oxunması davam edib.
Dövlət ittihamçısı ittiham aktının Teymur Quliyev və Fərhad Atayevlə bağlı hissəsini elan edib. Hər ikisi özlərini təqsirli bilmədiklərini deyiblər.
Proses günün ikinci yarısında davam etdiriləcək.
***
Fasilədən sonra ittiham aktının Natəvan Mirvətova, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovla bağlı hissəsi elan edilib. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Məhkəmə prosesi martın 14-də davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər