Daha bir güləşçimiz İslamiadada qızıl medal qazandı - Yenilənib

daha-bir-gulescimiz-islamiadada-qizil-medal-qazandi
Oxunma sayı: 2261

Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəylik Oyunlarında güləş yarışları davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan yunan-Roma güləşçiləri bu gün aktivlərinə bir neçə medal yazıblar. 

60-kq da Murad Məmmədov finalda qırğızıstanlı Jolaman Şarşenbekova 2:10 hesabıyla məğlub oldu və gümüş medal qazanıb.

Qadınların yarışında 57 kq çəkidə Jalə Əliyeva finalda nigeriyalı Ester Kolavoleyə 14:6 hesabıyla qalib gələrək qızıl medal əldə edib.

***

67 kq çəkidə Həsrət Cəfərov finalda qırğızıstanlı Amantur İsmayılova 3:1 hesabıyla qalib gələrək qızıl medal qazandı.

***

77 kq çəkidə Sənan Süleymanov finalda qırğızıstanlı Akjol Mahmudova 2:5 hesabıyla məğlub oldu və gümüş medal qazandı.

***

130 kq-da Sabah Şəriəti qazaxıstanlı Anton Savenkoya 5:0 hesabıyla qalib gələrək bürünc medal qazandı.