Xanım idmançımız Olimpiya çempionunu məğlub edib Rioya vəsiqə qazandı

xanim-idmancimiz-olimpiya-cempionunu-meglub-edib-rioya-vesiqe-qazandi
Oxunma sayı: 1117

Azərbaycan yığması Rioya növbəti lisenziya qazanıb. “Qafqazinfo” xəbər verir ki, ölkəmizə bu vəsiqəni millimizin boksçusu Yana Alekseyevna qazandırıb.

O, Türkiyənin Samsun şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə, Braziliyaya bileti sifariş edib.

60 kq çəki dərəcəsində çıxış edən Alekseyevna yarımfinalda Olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi Keti Teylora (İrlandiya) qalib gəlib. Yana bu qələbə ilə Bakıda Avropa Oyunlarının yarımfinalındakı məğlubiyyətinin revanşını da alıb.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 35-ə, Rioya yollanacaq idmançılarımızın sayı 36-ya çatıb.