Xanım Qafarova ölüm ayağındadır

xanim-qafarova-olum-ayagindadir
Oxunma sayı: 4208


“Qafqazinfo”nun xəbərinə görə, lent.az məlumatı dəqiqləşdirmək üçün  aktrisa ilə əlaqə saxlayıb. Dəstəyi X.Qafarovanın bacısı oğlu götürərək xəbərə bu cür şərh verib: “Səhhəti çox ağırdır. Sabaha sağ çıxsa, böyük işdir. Biz Allaha dua edirik. Dua edirik ki, yaxşı olsun, İsrailə göndərək. Amma hələ ki, vəziyyəti ürək açan deyil”.

 Qeyd edək ki, X. Qafarovanın İsraildəki müalicəsini Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb. Onu da əlavə edək ki, həkimlər aktrisanın vəziyyətinin yaxşılaşmasını gözləyir. Əgər yaxşılaşsa, İsrailə göndəriləcək.