Xanım Qafarovanın qızı Mahsunun filminin qalasında - Fotolar

Xanım Qafarovanın qızı Mahsunun filminin qalasında
Oxunma sayı: 3302

Dünən Mahsun Kırmızıgülün rejissorluq etdiyi “Mucize 2: Aşk” filminin Türkiyədə premyerası olub. 

“Qafqazinfo” xəbər verir ki, qala gecəsində Demet Akbağ, Hamdi Alkan, Edip Akbayram, Burak Kut, Manuş Baba, Funda Arar, Orhan Gencebay, Emel Müftüoğlu, Nurseli İdiz, İrem Helvacıoğlu, Murat Ünalmış və başqaları iştirak edib. 

Qonaqlar arasında Azərbaycanın Əməkdar artisti, mərhum aktrisa Xanım Qafarovanın qızı Gövhər də yer alıb. O, ekran işində epizodik bir obraz canlandırıb. Gövhərin fotolarını Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial şəbəkədə paylaşıb. 

Qeyd edək ki, film fiziki məhdudiyyəti olan Əzizlə xanımının dramından bəhs edir. Ekran işi 6 dekabrdan etibarən kinotetarlarda nümayiş etdiriləcək.





Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi