Xanım Qafarovanın vəziyyəti ağırlaşdı

xanim-qafarovanin-veziyyeti-agirlasdi
Oxunma sayı: 1449


“Qafqazinfo” xəbər verir ki, aktyorun ailəsindən AzNews.az-a verilən məlumata görə, X. Qafarova iki gün bundan əvvəl Respublika Onkoloji Mərkəzinə yerləşdirilib: “Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı aşağı düşdü, iştahdan kəsildi. Bu da onun yerimək qabiliyyətini itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində qaldıq”. 

Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə gedəcək”. 

Xatırladaq ki, X. Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib.