Xanımı Əvəz Zeynallı ilə görüşüb

xanimi-evez-zeynalli-ile-gorusub
Oxunma sayı: 642

Hazırda gözləmə mövqeyindəyik. Heç bir fakt, sübut olmadan bir adamı həbsdə saxlamaq ədalətsizlikdir. Əvəz bəy deputat Gülər Əhmədovanın ərizəsi əsasında həbs olunub. Deyirlər ki, Gülər Əhmədovada səs yazısı var. Biz də dəfələrlə müraciət etmişik ki, həmin disk cəmiyyətə açıqlansın. Ancaq açıqlamırlar. Əgər istintaq obyektiv aparılsaydı, Əvəz bəyin həbsi siyasi sifariş olmasaydı, bu disk açıqlanardı”.

M.Zeynallı baş redaktorla bağlı beynəlxalq təşkilatlara məlumat göndərildiyini də söylədi: “Məsələ “Amnesty İnternational”, “Sərhədsiz reportyorlar” kimi nüfuzlu təşkilatların diqqətindədir. Bu gün (dünən-red.) Soros Fondunun təşəbbüsü ilə yeni bir hesabatın təqdimatı keçirildi. İstintaqla paralel müstəqil jurnalist araşdırması da aparılır. Yaxın günlərdə həmin araşdırmanın nəticəsi olan hesabat internetdə yayımlanacaq. Hesabatda həbsin təfərrüatları yer alıb. Jurnalistlər müstəqil qaydada Rafiq Tağının qətlini və Əvəz Zeynallını həbsini araşdırırlar”.
M.Zeynallı baş redaktorun həbsinə iki ildir ki, hazırlıq getdiyini də iddia etdi “Hər şeydən xəbərimiz var. Sadəcə istintaq getdiyinə görə bir çox adamların adlarını açıqlamırıq, diqqəti xırda adamların üzərinə yönəltmək istəmirik. 2009-cu ilin mayında baş redaktorun stolüstü saatından dinləmə qurğusu çıxmışdı. Nəyə görə bir baş redaktor izlənilməli, dinlənilməlidir? Bu suallar açıq qaldı. Nəticədə şər-böhtanla da Əvəz bəyi həbs etdilər. İstəyirik ki, istintaq obyektiv aparılsın. Əminliklə deyirik ki, Əvəz Zeynallının qəbahəti yoxdur. Baş redaktor iki aydan çoxdur günahsız olaraq həbsdə yatır. Üzdə olan isə budur ki, Əvəz Zeynallı Gülər Əhmədovanın iddiası əsasında həbs olunub. Əhmədova da üzləşmə prosesinə gəlmək istəmir.”.
Vəkil Elçin Sadıqov da yaxın günlərdə Ə. Zeynallıya baş çəkib: “Əvəz bəyin səhhəti normal idi. Hələ ki, ekspertizanın rəyi açıqlanmayıb. Güman edirik ki, yaxın günlərdə ekspertizanın rəyi açıqlanacaq. Əvəz Zeynallı həbs olunarkən ona qarşı pis rəftardan şikayət etmişdik. Bu şikayət üzrə cinayət işi başlanılması rədd olunub. Qərardan da şikayət vermişik”.
Qeyd edək ki, Ə.Zeynallı ötən il oktyabrın 28-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən deputat Gülər Əhmədovanın iddiasına görə həbs edilib.

musavat.com