“Qafqazinfo” xəbər verir ki, bu sözləri axar.az-a xalq şairi Vaqif Səmədoğlunun xanımı Nüşabə Vəkilova deyib.
Şairin həyat yoldaşının sözlərinə görə, V.Səmədoğlunun İsrailə yenidən müalicəyə aparılması planı yoxdur.
N.Vəkilova bildirib ki, V.Səmədoğlu arabir internetə daxil olur, şeirlərini paylaşır: “Bir-iki gün qabaq bir şeirini Feysbukda yaymışdı”.
Həmin şeiri bir daha təqdim edirik:
O gün
bir insan öldürmədi başqasını,
kəsildi müharibələrin səsi,
bir əclaf əli qalxmadı qadına.
Yaman sərxoş idim o gün...
O gün
yaşımı da, azarımı da unudub,
sarıldın 22 illik bədəninlə mənə,
gözlərini yumub, azacıq araladın dodaqlarını.
Yaman sərxoş idim o gün...
Son xəbərlər
Son Xəbərlər