Türkiyənin “Haber Global” telekanalında yayımlanan “Uykusuzlar Kulübü” proqramında Okan Bayülgenin qonağı olan tanınmış müğənni Mahmut Tuncer açıqlaması ilə izləyiciləri gülüşə boğub.
“Qafqazinfo” xəbər verir ki, yenicə tanıdıqları həkimdə həyat yoldaşı ilə bərabər botoks etdirdiyini deyən ifaçı daha çox xanımında fərqlilik gözlənildiyini deyib.
“Xanımım botoks etdirəndən sonra Halil Ergünə bənzədi”, - deyə Tuncer bildirib.
Qeyd edək ki, daha əvvəl M.Tuncerin qızı Gizem Tuncer burun estetik əməliyyatı etdirdiyini açıqlamışdı. “Botoks etdirdim. Anam da etdirdi. Amma anam botoks etdirəndən sonra Halil Ergünə bənzədi”, - deyə o qeyd etmişdi.


Son xəbərlər
Son Xəbərlər