Xanımlar, “Bonduelle” təhlükəlidir!

Xanımlar, “Bonduelle” təhlükəlidir!
Oxunma sayı: 284

Dünyada tanınmış bir çox istehsalçılar öz məhsullarına təxminən bu qədər rəf ömürü təyin edirlər. Məsələn, konservləşdirilmiş yaşıl noxud məhsuluna “Heinz” 2 il, “Дядя Ваня” 2 il, “EKO” 3 il, “Зеленый Великан” 3 il, “Верес” 3 il yararlılıq müddəti təyin edir. Yerli istehsal olan “Bizim Tarla” konservləşdirilmiş yaşıl noxudlarının yararlılıq müddəti 2 ildir.

Lakin bazarda standartlara, istehlakçı hüquqlarına məhəl qoymayan, sağlam rəqabət aparmayan markalar da var. Bu mənada Fransız “Bonduelle”nin adını çəkmək olar. Markanın konservləşdirilmiş yaşıl noxud məhsulunun üzərində saxlanılma müddəti 5 il göstərilir. Əgər, ekoloji təmiz məhsul istehsal edən istehsalçılar konservləşdirilmiş yaşıl noxud məhsuluna 2 ildən artıq yararlılıq müddəti verə bilmirlərsə, onda görəsən, “Bonduelle” yaşıl noxudlarının 5 ilə qədər yararlılıq müddəti nəyin hesabınadır? Bu barədə kiçik araşdırma apardıq, istehsal və ticarət hiylələrini öyrəndik.

İlk növbədə, yaşıl noxud konservinin yararlılıq müddəti iki ildən artıq göstərilirisə, bu necə başa düşülməlidir? Düz tapdınız, kimiyəvi maddələr!

Bir sıra kimyəvi qatqılar qidanın mikrobioloji pozulmasının qarşısını alır. Bəzi istehsalçılar qidanın rəf ömürünü artırmaq üçün kimyəvi qatqılardan geniş istifadə edirlər. Belə maddələr məhsulun rəf ömrünü uzatsa da, insan ömrünü qısaldır. Nəticədə də istehsalçılar qazanır, istehlakçılar isə itirirlər.

Bu gün 3500 növdən çox qatqı maddəsi qidalarımıza qatılmaq üçün satışa çıxarılmaqdadır. Bu maddələrin bir çoxunun xərçəngdən tutmuş, beyin hüceyrələrinin məhvinə qədər müxtəlif zərərləri olduğu müəyyən edilmişdir.

“Bonduelle”nin yaşıl noxudlarına 5 il yararlılıq müddəti təyin etməsi bu şirkətin də kimyəvi qatqılardan istifadə etməsinə şübhələri artırıb.

Bir sıra qida şirkətləri istehlakçıları məhsullarından asılı vəziyyətə salmaq, qidanın dadını artırmaq üçün Mono natrium glutamat adlı qatqıdan geniş istifadə edirlər. Məsələn, içində 10 faiz toyuq suyu olan bir şorba Mono natrium glutamate ilə 100 faiz toyuq suyunda hazırlanmış şorbanın ləzzətini verir. İri transmilli qida şirkətlərinin arxasında duran beynəlxalq təşkilatlar bu maddənin təhlükəsiz olduğunu bildirsələr də, müstəqil araşdırmalar onun təhlükəli olduğunu üzə çıxarmışdır. Mono natrium glutamate mərkəzi sinir sisteminə mənfi təsir göstərir, böyrək və qaraciyərə ciddi ziyan vura bilir.

Qida məhsullarının rəf ömrünü uzadan kimyəvi qatqılardan ən geniş istifadə olunanı isə Natrium Sulfit və Natrium Nitrat-dır. Bu maddələr dünyada ən təhlükəli hesab edilən 10 qatqı maddəsindən ikisidir. Sulfit həssaslığı olanlarda baş ağrısı, nəfəs problemləri yaradır. Bu maddə xərçəng riskini artırır, uşaqlarda beyin şişi meydana gətirir. Natrium Nitrat isə xüsusilə döl, körpə və uşaqlar üçün təhlükəlidir.

“Bonduelle” Mono natrium glutamat qatqısından geniş istifadə edən qida istehsalçılarındandır. Elə “Bonduelle” yaşıl noxudlarının insana dadlı gəlməsi onun təbii olmasından əmələ gəlmir, bu həmin qatqının gücünədir. Şirkət rəsmi internet səhifəsində istehlakçılara Mono natrium glutamatı insan orqanizminin ehtiyacı olan bir maddə kimi təqdim edir. Düzdür, Amma təbii! Təəssüf ki, qida sənayesində daha çox süni Mono natrium glutamat qatqısından istifadə edilir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da “Bonduelle” şirkətinin konservləşdirilmiş yaşıl noxud məhsulunun 5 il saxlanıla bilinməsində kimyəvi qatqılardan şübhələnir: “Qidaların boyatlamasını, iylənməsini, pozulmasını kimyəvi qatılar vasitəsilə gecikdirmək mümkündür. Həmçinin qidanı dadlandırmaq, damağa ləzzət vermək üçün qatqılardan istifadə olunur. Son zamanlar satışda daha uzun saxlama müddəti olan məsulların çoxalması narahatçılıq doğurur. Qatqı maddələrinin bir çoxunun müxtəlif zərərləri sübut olunmuşdur. Təhlükəli qatqı maddələri təəssüf ki, uşaq mamalarından biskvitlərə, konservlərdən şokoladlara qədər bir çox məhsulda çox geniş və məsuliyyətsizcə istifadə edilməkdədir”.

Eyyub Hüseynovun sözlərinə görə, nəyin ki məhsula 5 il yaralılıq müddəti verilir, üstəgəl bir neçə il əvvəllər yığılmış noxudlar konservləşdirilərək satışa göndərilir. Yaşıl noxud may-iyun aylarında yetişir və bu aylarda da qablaşdırılmalıdır. Payız və qış aylarında istehsal edilmiş konservləşdirilmiş yaşıl noxud məhsulundan uzaq durmaq lazımdır.

“Bonduelle”nin yaşıl noxud konserv məhsulunun üzərinə 5 il damğalaması standartın tələblərinə də ziddir. DÜST 15842-90- “Konservləşdirilmiş yaşıl noxud. Texniki şərtlər” standartında göstərilir ki, bu məhsulun saxlanılma müddəti iki ildən artıq olmamalıdır. Gördüyünüz kimi, Bonduelle bu standartın tələbinə də məhəl qoymur.

Əziz oxucular, yaralılıq müddəti iki ilə qədər olan konservləşdirilmiş yaşıl noxud daha təhlükəsizdir və daha xeyirlidir. Bu məhsulu alan zaman diqqətli olun!
marja.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi