Xankəndi, Xocalı və Ağdərədə bayraqlar endirildi - Fotolar

xankendi-xocali-ve-agderede-bayraqlar-endirildi
Oxunma sayı: 2251

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət bayrağımız yarıyadək aşağı endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 17:00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.