“Xankəndi, Xocalı və Qubadlıda su sistemləri qurulur”

xankendi-xocali-ve-qubadlida-su-sistemleri-qurulur
Oxunma sayı: 1212

“Xaçınçay və digər su anbarları və kanallarının tikintisi başa çatdırılıb. Laçında 2022-ci ildə başlanmış su anbarının tikintisinin bu ilin ilk yarısında yekunlaşdırılması planlaşdırılır”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

“Cəbrayılda Qız Qalası su anbarının və bir sıra digər obyektlərin layihələndirilməsi işləri tamamlanıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Laçın şəhərinin içməli, yağış suları sistemləri yaradılıb. Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli su sistemləri qurulur”, - deyə Agentlik sədri vurğulayıb.

Zaur Mirzə