Xankəndiyə Ermənistandan getmək istədilər, sülhməramlılar buraxmadı

xankendiye-ermenistandan-getmek-istediler-sulhmeramlilar-buraxmadi
Oxunma sayı: 10394

Fransadan olan bir qrup jurnalist və ictimai xadim Dağlıq Qarabağa buraxılmayıb.  

“Qafqazinfo” "1news.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş Prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan öz teleqram kanalında bildirib.

Onun sözlərinə görə, ötən gün ona Yelisey Sarayına yaxın olan tanışı zəng edib. O, Minasyandan Dağlıq Qarabağa səfər etmək üçün Fransadan Ermənistana gedən nümayəndə heyəti ilə nə baş verdiyini maraqlanıb.

“Ötən gün mənə Yelisey Sarayına yaxın olan tanışım zəng edib və deyir:

-Qulaq as, bizim nümayəndə heyətimizlə orada nə baş verib? Mən ayrı-ayrı məlumatlar alıram, mediada heç bir şey yoxdur və heç bir şey aydın deyil.

-Yaxşı görək, adi tarixçədir. Bu, sizin susmağınızın nəticəsidir.

-Yox, dayan, əslində orada nə baş verib?

Və mən ona danışdım.

Bir neçə gün əvvəl Ermənistana Dağlıq Qarabağa getmək və orada baş verənlərə öz gözləri ilə baxmaq üçün keçmiş merlərdən birinin başçılığı ilə Fransadan bir qrup jurnalist, ictimai xadim, fikir liderləri gəlmişdi. Onları rəsmi olaraq akkreditə etdilər və onlar Stepanakertə (Xankəndi—red.) yola düşdü.

Laçında onları sülhməramlılar saxlayır və soruşur:

- Hara gedirsiniz?

Jurnalistlər “Qarabağa” deyəndə və akkreditə olunduqları göstərdikdə, sülhməramlılar onlara girişi qadağan edir və deyirlər ki, siz Azərbaycana daxil olursunuz və Ermənistanda edilən akkreditə keçərli deyil. Əgər daxil olmaq istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin. Nümayəndə heyəti Yerevana – Fransa səfirinin yanına qayıdır. Fransa səfiri Conatan Lakot qeyri-rəsmi olaraq Nikolla əlaqə saxlayır və nə baş verdiyini başa düşməyə çalışır. Nikol isə ona cavabında deyir ki, yanvarın 11-də biz razılığa gəlmişik ki, beynəlxalq media Azərbaycanda akkreditasiyadan keçməlidir, və ümumiyyətlə, onlar bu işlərə qarışmasa daha yaxşıdır. Conatan Lakota susmaqdan başqa heç nə qalmır”, - Mikael Minasyan yazıb.