Xankəndiyə ilk köçün tarixi açıqlandı

xankendiye-ilk-kocun-tarixi-aciqlandi
Oxunma sayı: 7041

Xankəndi şəhərinə ilk köçün tarixi açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı məlumat verib.

Həmin dialoqu təqdim edirik:

Sakin: Bu gün mən şadam ki, Xocalıdayam. Yəni, 32 il bundan qabaq Xocalını itirdik. Mən əsir düşmüşdüm, yaralanmışdım.

Prezident İlham Əliyev: Əsir düşmüşdün?

Sakin: Xankəndidə mən həmin yerə getmək istədim, mənə dedilər ki, olmaz.

Prezident İlham Əliyev: Xankəndidə əsir düşmüşdünüz?

Sakin: Xocalı faciəsində yaralanmışdım, Xankəndidə saxlayırdılar.

Prezident İlham Əliyev: Yox, gedib baxmaq olar.

Sakin: Yəni, həmin yeri təxmin etdim ki, necə gətirib aparırdılar.

Prezident İlham Əliyev: Gedib görərsiniz o yerləri. Çünki sentyabr ayından artıq Xankəndiyə də köç başlayır.

Sakinlər: İnşallah.

Prezident İlham Əliyev: Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar. Qarabağ Universiteti fəaliyyətə başlayır. Ona görə bir tərəf olacaq Xankəndi, bir tərəf Ağdam. Ağdam şəhərinə də gələn il insanlar qayıdacaqlar.