İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
"Qafqazinfo" nazirliyin saytına istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
Bakının Suraxanı rayonunda
- Hövsan qəsəbəsində Mirzə Quliyevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Nəsimi rayonunda
- M.Qaşqay küçəsi, ev 10 ünvanında Şəhrud Rzayevə məxsus mağazada;
Nizami rayonunda
- Q.Qarayev prospekti və Ş.Mirzəyev küçələrinin kəsişməsində Qədir Bağırova məxsus kafedə;
Şabran şəhərində
- H.Nağıyev küçəsində Sevil Muxtarovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;
Bakının Binəqədi rayonunda
- 9-cu mikrorayon, M.Cəlal küçəsi, 34 ünvanında Aynurə Sebexanovaya məxsus mağazada;
Abşeron rayonunda
- Mehdiabad qəsəbəsində İmamverdi Həsənova məxsus mağazada;
Saatlı rayonunda
- Sarıcalar kəndində Zahir Əsgərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.
Son xəbərlər
Son Xəbərlər