Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

xaricde-doktorantura-tehsili-ile-bagli-sened-qebulunun-muddeti-uzadildi
Oxunma sayı: 1429

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə II sənəd qəbulunun müddəti uzadılıb.

“Qafqazinfo” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.