“Xaricdəki səfirliklərimiz erməni təxribatından qorunmalıdır”

xaricdeki-sefirliklerimiz-ermeni-texribatindan-qorunmalidir
Oxunma sayı: 761

“Diaspor təşkilatlarımıza müraciət etməliyik ki, xaricdəki səfirliklərimizin qorunmasında fəal iştirak etsinlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, müharibədən sonra erməni təxribatı işə düşüb: “Biz indi müharibə vaxtından da həssas olmalıyıq. 

Bilirsiniz ki, vaxtilə türk səfirlərinə qarşı ASALA terror təşkilatı tərəfindən hücumlar olub. Ona görə də bütün bunları nəzərə alıb diqqətli olmalıyıq”.

Günel Türksoy